Azərbaycan "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"na qoşulub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
23:30
ff aaaaaaa

Azərbaycan "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"na qoşulub

26 may, 2026
23:30
962

Azərbaycan "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"na qoşulub

Azərbaycan mayın 26-da "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın ratifikasiya prosesini başa çatdırıb.

"Report"un məlumatına görə, bu barədə Avropa Şurasının saytındakı bəyanatda deyilir.

"Azərbaycan Konvensiyaya qoşulan 16-cı ölkə olub. Sənəd 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək" - məlumatda qeyd olunub.

Avropa Şurasının Baş katibinin müavini Byorn Berqe ölkəmizi və Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılovu Konvensiyanın ratifikasiyası münasibətilə təbrik edib.

"İnsan hüquqlarının möhkəmləndirilməsinə və beynəlxalq əməkdaşlığa sadiqliyinizə görə təşəkkür edirik" - Berqe qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul