Si Cinpin: Çin və Aİ liderləri düzgün strateji qərarlar qəbul etməlidirlər
sizinxeber.az xəbər saytı

Si Cinpin: Çin və Aİ liderləri düzgün strateji qərarlar qəbul etməlidirlər


Çin və Aİ liderləri qlobal dəyişikliklər kontekstində uzaqgörənlik nümayiş etdirməli, düzgün strateji qərarlar qəbul etməlidirlər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antonio Kostanı qəbul edərkən deyib.

"Getdikcə dinamik qlobal dəyişikliklər və qeyri-sabit beynəlxalq vəziyyət şəraitində Çin və Aİ liderləri bir daha uzaqgörənlik və məsuliyyət nümayiş etdirməli, düzgün strateji qərarlar qəbul etməlidirlər", - ÇXR sədri bildirib.

Si Cinpinin qeyd etdiyi kimi, 2025-ci ildə Çin-Aİ diplomatik əlaqələrinin qurulmasının 50 illiyi, həmçinin BMT-nin 80 illiyi qeyd olunur. "Çin-Aİ əlaqələri yenidən mühüm tarixi kəsişmə nöqtəsindədir. Çin və Aİ mübadilə və əməkdaşlıq baxımından səmərəli nəticələr əldə ediblər ki, bu da hər iki tərəfə və bütün dünyaya fayda verib".

ÇXR sədri vurğulayıb ki, Çin və Aİ çoxtərəfliliyi və açıq əməkdaşlığı müdafiə edən konstruktiv qüvvələrdir: “Beynəlxalq vəziyyət nə qədər mürəkkəb və ciddi olarsa, Çin və Avropa bir o qədər çox mübadilələri gücləndirməli, qarşılıqlı etimad və əməkdaşlığı dərinləşdirməlidir.

Oxşar xəbərlər

Si Cinpin Pekində Aİ liderləri ilə görüşüb
Avropa Komissiyası və Avropa İttifaqı Şurasının sədrləri iyulun 24-də Çinə səfər edəcək
Si Cinpin: Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlığın yaradılmasını elan ediblər
Si Cinpin Çin ordusunu müharibəyə hazırlaşmağa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər