ADY: Astara Terminalında yük aşırılması 26 % artıb
sizinxeber.az xəbər saytı

ADY: Astara Terminalında yük aşırılması 26 % artıb


Bu ilin yanvar-may aylarında Astara Terminalında (İran ərazisində) 346 min 690 tondan çox yük aşırılıb.

Bu barədə "Sizinxeber.az" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 26 % çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar-may aylarında bu terminalda yük aşırılma həcmi 274 min 618 ton təşkil edib.

Tikinti işləri yekunlaşmaq üzrə olan Astara Terminalı tam gücü ilə işə düşdükdən sonra illik 3,5-4 milyon ton yükötürmə həcmi ilə regional yük əməliyyatlarını genişləndirəcək.

Oxşar xəbərlər

Azərbaycan və İranın dəmir yolu rəsmiləri Astara Terminalındakı tikinti işi ilə tanış olub
İranda Astara Terminalında görülən işlər müzakirə olunub - FOTO
ADY: Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımalarının həcmi 25 % artıb
Azərbaycanla İran arasında nəqliyyat sahəsində əməkdaşlığa dair protokol imzalanıb
ADY-nin sədri: "Astara" terminalının 2-3 ay ərzində istifadəyə verilməsi gözlənilir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər