CNN: ABŞ uran ehtiyatlarını ələ keçirmək üçün İranda quru əməliyyatını müzakirə edib
ABŞ-nin Silahlı Qüvvələrinin yüksək vəzifəli nümayəndələri yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün İranda quru əməliyyatı planlarını nəzərdən keçiriblər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə CNN telekanalı vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ötən ayın sonlarında Floridada Mərkəzi Komandanlığın qərargahına təcili səfər edib və mümkün əməliyyatla bağlı qapalı brifinq keçirib. O, sonra Prezident Donald Trampa mümkün variantlar barədə məlumat verib.
CNN qeyd edib ki, ABŞ administrasiyası yüksək riskli quru əməliyyatını təsdiqləməyə yaxın olub, lakin Donald Tramp İrandan mümkün sərt cavab, ABŞ qoşunları arasında itki riski və qlobal iqtisadiyyatı pozmaq təhlükəsi barədə xəbərdarlıqlardan sonra bu variantdan imtina edib.
Mənbələrin məlumatına görə, Vaşinqton bu fonda Tehranla Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı mümkün razılaşma üzərində işləməyə davam edib.
Oxşar xəbərlər
KİV: ABŞ İranda zənginləşdirilmiş uranı ələ keçirmək üçün yerüstü əməliyyatı nəzərdən keçirib
Tramp: ABŞ-ın İranda quru əməliyyatı ehtimalını müzakirə belə etmək istəmirəm
ABŞ-nin müdafiə naziri: İranda döyüşdə ilk dəfə MOP bombalarından istifadə etdik
Tramp: ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etmək istəyir
ABŞ-nin daimi nümayəndəsi İranda quru əməliyyatının keçirilməsini mümkün hesab edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
Cənubi Koreya - Çexiya oyununun ən yaxşı futbolçusu açıqlanıb
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
