ABŞ senatorları Trampın Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə biləcəyinə inanırlar
sizinxeber.az xəbər saytı

ABŞ senatorları Trampın Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə biləcəyinə inanırlar


Moskvaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsinin müəllifləri olan amerikalı senatorlar hesab edirlər ki, ABŞ prezidenti Donald Tramp dondurulmuş Rusiya aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə edə bilər.

“Report” xəbər verir ki, bu barədə senator Lindsi Grem CBS televiziyasına müsahibəsində deyib.

“Mən prezidenti qabaqlamaq istəmirəm, amma dondurulmuş aktivlərlə bağlı xəbərləri izləyin. Avropalılar bu aktivlərdən əldə olunan gəlirləri Ukraynaya köçürməklə kifayətlənmək istəyirlər. ABŞ-nin maliyyə naziri Skott Bessent daha da irəli getmək istəyir. Dondurulmuş aktivlərə qarşı daha aqressiv tədbirlər görmək planları ilə bağlı xəbərləri izləyin”, - deyə o bildirib.

Senator Riçard Blyumental öz növbəsində əlavə edib ki, avropalılar Rusiyanın dondurulmuş aktivlərinə çıxış əldə edə bilərlər: “Onlar bu aktivlərin ən azı bir hissəsi ilə, əldə etdikləri milyardlarla dollar gəlirlə məşğul olmaq üçün planlar hazırlayırlar. ABŞ-də dondurulmuş Rusiya aktivlərinin 5 milyard dolları da istifadə oluna bilər”.

Oxşar xəbərlər

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya 1 milyard avro köçürüb
Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 35 milyard avro kredit ayıracaq
Aİ Ukraynaya 18 milyard avro kredit vermək niyyətindədir
Rusiya bəzi əcnəbilərin dondurulmuş aktivlərini istifadəyə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər