CAHF rəhbəri: Mənzil maliyyəsində reallıqla gözləntilər üst-üstə düşmür
Mənzil maliyyəsində reallıqla gözləntilər üst-üstə düşmür.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Afrikada Əlçatan Mənzil Maliyyəsi Mərkəzinin (CAHF) icraçı direktoru Kesia Rast deyib.
O bildirib ki, mənzil sektorundakı əsas problemlərdən biri maliyyə sistemlərinin reallıqdan uzaq gözləntilər üzərində qurulmasıdır.
Kesia Rast qeyd edib ki, maliyyə institutları formal məşğulluğu olan əhali, iri tikinti şirkətləri və tam qeydiyyata alınmış torpaq sistemi gözləyirlər, halbuki bir çox ölkədə bu şərtlər mövcud deyil.
Onun sözlərinə görə, maliyyənin əsas məqsədi məhz bu boşluqları aradan qaldırmaq olmalıdır.
CAHF rəhbəri Keniyada bəzi tikinti şirkətlərinin ipoteka ilə alınan mənzilləri 30% daha baha satdığını bildirib.
O qeyd edib ki, bunun səbəbi tikinti şirkətlərinin tikinti maliyyəsinə çıxış imkanlarının məhdud olmasıdır.
Kesia Rast vurğulayıb ki, Afrikada insanların böyük hissəsi mənzillərini mərhələli şəkildə özləri tikirlər və bu prosesdə infrastruktur, material təchizatı və texniki dəstəyə ehtiyac duyurlar.
Oxşar xəbərlər
Kesia Rast: Məlumat çatışmazlığı özəl investisiyanı məhdudlaşdırır
Uruqvay naziri: Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
Misir Dünya Bankının subsidiyası ilə 800 mindən çox ailəni mənzillə təmin edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
