61 ildən sonra çempion oldular » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
may
2026
22:08
0
0
1 033
ff aaaaaaa

61 ildən sonra çempion oldular

17 may, 2026
22:08
1 033

61 ildən sonra çempion oldular

Avstriya Bundesliqasında 2025/2026 mövsümünün qalibi LASK klubu olub.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, sonuncu, 32-ci turda Lints təmsilçisi səfərdə Vyana “Austriya”sını 3:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib. Bu nəticə ilə komanda ən yaxın izləyicisi Qrats “Şturm”unu 2 xal qabaqlayıb.

LASK sonuncu dəfə 1965-ci ildə çempion olub. Beləliklə, 61 illik fasilədən sonra klub tarixində ikinci dəfə Bundesliqa titulu qazanılıb.

Qeyd edək ki, LASK cari mövsümü “qızıl dubl”la da tamamlayıb. Komanda həm də Avstriya Kubokunun qalibi olaraq mövsümü iki titulla başa vurub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul