Tbilisi meri: Gürcüstan-Azərbaycan münasibətlərinin dərinləşməsini alqışlayıram
sizinxeber.az xəbər saytı

Tbilisi meri: Gürcüstan-Azərbaycan münasibətlərinin dərinləşməsini alqışlayıram


"Gürcüstan və Azərbaycan arasında müxtəlif sahələrdə imzalanan yeni müqavilələr yalnız alqışlanmalıdır".

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

O, sıravi Gürcüstan vətəndaşı və paytaxt meri kimi Gürcüstanla Azərbaycan arasında mövcud münasibətlərin dərinləşməsini çox müsbət qarşıladığını qeyd edib.

"Azərbaycan qonşu ölkəmiz olmaqla yanaşı həm də strateji tərəfdaşımızdır. İllərdir çox yaxın və dost münasibətlərimiz mövcuddur. Energetika və dəmir yolu sektorlarında müqavilələrin imzalanmasına çox şadam. Bir neçə ildən sonra ilk dəfə olaraq Gürcüstan və Azərbaycanı dəmir yolu ilə əlaqələndirmək mümkün olacaq ki. Bu, çox yaxşıdır", - Kaladze əlavə edib.

Oxşar xəbərlər

Kaxa Kaladze: Gürcüstan Avropaya inteqrasiya yolunda addımlar atacaq
Kaladze: Gürcüstan-ABŞ münasibətlərinin bərpası “dərin dövlət”in məğlubiyyətindən asılı olacaq
Kaladze növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyünü absurd adlandırıb
Hakan Fidan: Türkiyə, Gürcüstan və Azərbaycan əlaqələri digər ölkələr üçün model ola bilər
XİN başçısı: Gürcüstan Aİ ilə danışıqlara hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər