İsrail HƏMAS-ın Qəzza razılaşmasına düzəlişlərini qəbuledilməz sayır
sizinxeber.az xəbər saytı

İsrail HƏMAS-ın Qəzza razılaşmasına düzəlişlərini qəbuledilməz sayır


Fələstinin radikal HƏMAS hərəkatının Qətərin Qəzza zolağında nizamlanma ilə bağlı təklifinə etdiyi dəyişikliklər İsrail üçün qəbuledilməzdir.

"Sizinxeber.az"un İsrailin "Ynet" portalına istinadən verdiyi məlumata görə, bu barədə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunun Ofisinin bəyanatında deyilir.

“HƏMAS-ın Qətər təklifinə etdiyi düzəlişlər bizə ötürülüb və İsrail üçün qəbuledilməzdir”, - bəyanatda deyilir.

Ofisdən əlavə edilib ki, Netanyahu dolayı dialoq formatında danışıqlara dəvətə cavab verməyi və Qətər təşəbbüsü əsasında girovların qaytarılması ilə bağlı təmasları davam etdirməyi tapşırıb. İsrailin nümayəndə heyəti bununla əlaqədar iyulun 6-da təyyarə ilə Qətərə görüşə uçacaq.

Oxşar xəbərlər

İsraillə “HƏMAS” arasında danışıqlar bərpa olunur
İsrail HƏMAS-ın Qəzza ilə bağlı son atəşkəs təklifinə cavabını nəzərdən keçirir
KİV: İsrail rəsmiləri Dohada Qəzza ilə bağlı razılaşmanın yollarını müzakirə edir
İsrail Qəzzada planlaşdırılan atəşkəsi təxirə salıb
HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün Qahirəyə gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər