

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün Qahirəyə gələcək
Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda iştirak etmək üçün bu gün Qahirəyə gələcək.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Avqustun 15-16-da Dohada Qəzza zolağında atəşkəsə nail olunması və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi məqsədilə məsləhətləşmələrin yeni raundu keçirilib. Misir, Qətər və ABŞ-nin məsləhətləşmələrdən sonra yaydığı birgə bəyanatda danışıqların müsbət atmosferdə keçdiyi qeyd edilib. Məsləhətləşmələr zamanı ABŞ Qətər və Misirin dəstəyi ilə HƏMAS və İsrail arasında fikir ayrılıqlarını azaldacaq təklif təqdim edib. Lakin HƏMAS Birləşmiş Ştatların yeni təşəbbüsünün yalnız İsrailin maraqlarına xidmət etdiyini vurğulayıb.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman TASS-a bildirib ki, Qəzza ilə bağlı məsləhətləşmələrin növbəti raundunun yaxın günlərdə Qahirədə keçirilməsi planlaşdırılır. Misir danışıqların yeni raundunun dəqiq tarixini hələ açıqlamayıb.
Bundan əvvəl İsrail kəşfiyyat xidmətinin (Mossad) direktoru David Barnea və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Barın Qəzzada radikallar tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək üçün Qahirəyə gəldikləri barədə məlumat yayılıb.
Oxşar xəbərlər
Bayden Netanyahuya HƏMAS ilə təcili razılaşmanın vacibliyini bildirib
İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət bildirib
KİV: Netanyahu bu həftə Qahirəyə nümayəndə heyəti göndərəcək
Netanyahu Qəzza ilə bağlı Qahirəyə nümayəndə göndərilməsini təsdiqləyib
İran Qəzzada atəşkəs əldə edilməsi ilə bağlı danışıqlarda iştirak etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Prezident: Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır
