UN-Habitat icraçı direktoru: Təxminən 2,8 milyard insan təhlükəsiz mənzilə çıxışdan məhrumdur
Dünya məlumatlar, insanlar və bizneslər vasitəsilə getdikcə daha çox bir-biri ilə əlaqələnir.
Sizinxeber.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 cərcivəsində təşkil olunan "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" xüsusi sessiya zamanı bildirib.
Onun sözlərinə görə, bütün regionlar yeni transformativ texnologiyalar, alternativ şəbəkələr və infrastruktur vasitəsilə yenidən formalaşır.
"Buna baxmayaraq, təxminən 2,8 milyard insan təhlükəsiz və adekvat mənzilə çıxışdan məhrumdur. Daha milyonlarla insan münaqişə və aclıq səbəbindən didərgin düşüb. Hazırda dünya heç vaxt olmadığı qədər əlaqəlidir. Amma eyni zamanda, çox vaxt lazım olduğundan daha qeyri-bərabərdir", - Anaklaudia Rossbax qeyd edib
O əlavə edib ki, inklüzivlik, daha geniş sosial-iqtisadi ehtiyaclar və daha əhatəli sosial-iqtisadi baxış olmadan əlaqəlilik — qeyri-bərabərlik yaradan zəif maliyyələşdirilmiş infrastrukturlara çevrilir.
"Multimodal dəhlizlər malların və insanların daha səmərəli daşınmasını təmin edir. Onlar bütöv regionların iqtisadi coğrafiyasını yenidən formalaşdırır", - Anaklaudia Rossbax vurğulayıb
Oxşar xəbərlər
UN-Habitat: Bu gün bir çox şəhərlərdə dağıdıcı daşqınlar, torpaq sürüşmələri və yanğınlar baş verir
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Prezident İlham Əliyevlə görüşündən paylaşım edib
UN-Habitat: Bu gün bir çox şəhərlərdə dağıdıcı daşqınlar, torpaq sürüşmələri baş verir
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb
BMT-Habitatın icraçı direktoru: Növbəti 20 il ərzində dünya əhalisi daha 2.4 mlrd. artacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
