WUF13-də adalarda və yüksək riskli ərazilərdə mənzil problemi müzakirə olunub
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Adalarda və yüksək riskli ərazilərdə mənzil həlləri: çətinliklərdən imkanlıqlara" adlı tədbir baş tutub.
"Sizinxeber.az" xəbər verir ki, Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) baş direktor müavini, Mənzil üzrə İşçi Qrupunun rəhbəri Metyu Robert Bolduin Avropada mənzil böhran olduğunu söyləyib.
Onun sözlərinə görə, bu böhran dünyanın böyük hissəsində mövcuddur:
"Artıq daha böyük əhali qruplarına mənzil böhranı təsir göstərir. Əksər hallarda insanların mənzil təminatına çıxışı olmur. 2024-cü ilin ikinci yarısında bu böhran daha da dərinləşdi".
Kanar adaları Nazirlər Kabineti sədrinin müavini Oktavio Karaballo de Leon bildirib ki, hamı üçün yeganə bir həll yoxdur:
"Ərazimizin 48%-i qorunan sahədir və bütün bunlar çox məhdud olan mənzil bazarının inkişafına təsir edir. Biz öz ərazimizi qorumağı bacarmışıq və bu bizim əsas prioritetimizdir. Amma bu, bazara daxil olmağa çalışan gənclər üçün əlavə çətinlik yaradır. Bundan əlavə, Kanar adaları çox cəlbedici turizm məkanıdır və qeyri-rezidentlər tərəfindən mənzil alışı çox yüksək faiz təşkil edir. Ona görə də tibb bacıları, həkimlər və polis əməkdaşları gündəlik işlərini yerinə yetirə bilmək üçün karavanlarda yaşamaq məcburiyyətində qalırlar, çünki onların uyğun mənzilə çıxışı yoxdur".
Malta Mənzil İdarəsinin siyasət və araşdırmalar üzrə icraçı rəhbəri Brian Micallef qeyd edib ki, mənzil bazarındakı vəziyyət iqtisadiyyata ciddi təsir göstərir:
"Malta son illər ərzində güclü iqtisadi yol keçib, əhalisi 10 il ərzində 30% artıb. Biz həmçinin mənzillərin əlçatanlığı ilə bağlı problemləri də müşahidə edirik. Bunlar mənzil sahəsində çətinlik yaşayan əsas qruplardır və bu istiqamətdə müxtəlif proqramlar, təşəbbüslər mövcuddur. Əsas qruplar arasında çətin vəziyyətdə olan ev sahibləri və valideynlər də var. Onlar üçün kirayə haqları daha əlçatan olması üçün sosial mənzil bölgüsü və kirayə subsidiyası sxemləri tətbiq edilir. Məsələn, birinci dəfə ev alanlar üçün müxtəlif dəstək proqramları mövcuddur. İlkin ödənişə yardım edən sxemlər, qrantlar, eləcə də digər vergi güzəştləri tətbiq olunur".
Azorlar hökumətinin Mənzil üzrə regional direktoru Daniel Martins Pavao vurğulayıb ki, orta sinfin yeni nəsillərinin əvvəlki nəsillərdə olmayan bir problemi var:
"Bu da ev sahibi olmaqdır. Əgər orta sinfin yeni nəsilləri ev ala bilmirsə, ev almağa imkanı çatmırsa, onlar artıq orta sinif sayılmırlar. Deməli, əgər yeni nəsillər ev ala bilirsə və ya kirayə haqqını ödəyə bilirsə, amma yenə də orta sinif deyilsə, onda onlar kasıb sayılırlar. Hökumət bu insanlara kömək etməlidir. Kirayə haqqının aşağı olması üçün insanlara şərait yaratmaq lazımdır".
"Vyana evi"nin Brüssel ofisinin rəhbəri Mikaela Kauer diqqətə çatdırıb ki, Avstriyada insanların 35%-i kirayədə yaşayır:
"Vyanada isə bu rəqəm daha yüksəkdir. Vyana sakinlərinin təxminən 80%-i kirayənişindir. Ona görə də bizdə sərt kirayə qanunvericiliyi mövcuddur. Bu qanun kirayə haqlarının necə müəyyənləşdirilməsi, necə toplanması, hansı müdafiə mexanizmlərinin tətbiq olunması kimi məsələləri tənzimləyir. Eyni zamanda, müddətsiz müqavilə kirayə qanunvericiliyimizdə əsas seçim hesab olunur. Yəni normal müqavilə həmişə müddətsiz olur, hətta özəl kirayə mənzillərdə belə. Biz mənzil məsələsinə çox geniş və kompleks yanaşırıq".
Oxşar xəbərlər
OECD: Dünya mənzil problemi ilə deyil, faktiki olaraq mənzil böhranı ilə üz-üzədir
UN-Habitat: Davamlı mənzil həlləri ekoloji tənəzzülü azalda bilər
Aİ WUF13-də hər kəs üçün mənzil dəstəyi üzrə ilk Avropa planını təqdim edib
Anaklaudia Rossbax: "Adekvat mənzil anlayışı iqlim risklərini də əhatə etməlidir"
UN-Habitat: Davamlılıq milli mənzil siyasətlərində əsas prioritetə çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
