İsrail Qəzzada planlaşdırılan atəşkəsi təxirə salıb
Qəzza zolağında planlaşdırılan atəşkəs Fələstinin “HƏMAS” hərəkatı azad ediləcək girovların siyahısını İsrailə təqdim etməyənə qədər başlamayacaq.
“Report” N12 telekanalına istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.
“Ynet” portalının məlumatına görə, “HƏMAS” Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bu gün mübadilə zamanı azad edilməsi planlaşdırılan girovların siyahısının İsrailə verilməsini təxirə salıb.
Bu, texniki səbəblərlə əlaqələndirilir.
İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin hələ də girovların siyahısını almadığını təsdiqləyib. Onun sözlərinə görə, Təl-Əviv azad ediləcək girovların siyahısını alana qədər Qəzza razılaşması çərçivəsində irəliləmək niyyətində deyil.
Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı girovların siyahısını İsrailə təhvil vermədiyini təsdiqləyib.
Müvafiq bəyanat radikalların teleqram kanalında dərc olunub. “HƏMAS atəşkəs razılaşmasının şərtlərinə əməl etdiyini təsdiqləyir, lakin qeyd edir ki, girovların siyahısının verilməsində gecikmə texniki səbəblərlə bağlıdır”, - sənəddə deyilir.
Oxşar xəbərlər
Netanyahu: İsrail HƏMAS-ın azad edəcəyi əsirlərin siyahısını almayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: HƏMAS texniki səbəblərə görə girovların siyahısını İsrailə verməyi təxirə salır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail hələ də HƏMAS-dan azad ediləcək girovların siyahısını gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail girovların siyahısını hələ “HƏMAS”dan almayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzza zolağında atəşkəsə dair razılaşma qüvvəyə minib, HAMAS-ın israilli girovların siyahısını təqdim etməsi gecikir - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











