Tramp ABŞ hökumətinin xərcləri, vergilər və borc tavanı haqqında qanunu imzalayıb
sizinxeber.az xəbər saytı

Tramp ABŞ hökumətinin xərcləri, vergilər və borc tavanı haqqında qanunu imzalayıb


ABŞ Prezidenti Donald Tramp daha əvvəl Konqresin hər iki palatası tərəfindən təsdiq edilmiş, vergilərin azaldılmasını və borc tavanının artırılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanun layihəsini imzalayıb.

"Report" xəbər verir ki, bunu Amerika lideri imzalanmadan əvvəl Ağ Evdə bəyan edib.

"Bu, tarixdə ən böyük qanun layihəsidir. Heç vaxt belə bir şey olmayıb", - o, deyib. Onun sözlərinə görə, sənəd Amerika tarixində ən böyük vergi endirimini nəzərdə tutur.

Vaşinqton administrasiyasının təşəbbüsü ilə hazırlanmış sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur. Eyni zamanda, o, müdafiə xərclərinin artırılmasını, xüsusən də “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. Bundan əlavə, sənəd sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı tədbirləri ehtiva edir.

"SpaceX"in qurucusu, ameikalı milyarder İlon Mask qanun layihəsini dövlət borcu tavanının 5 trilyon dollar artırılmasını nəzərdə tutduğuna görə sərt tənqid edib. ABŞ-nin dövlət borcu hazırda 36 trilyon dolları ötür.

Mask bildirib ki, o, gələn il Konqresə keçiriləcək aralıq seçkilərdə sənədi dəstəkləyən respublikaçı qanunvericilərin əleyhdarlarına yardım göstərməyə hazır olacaq.

ABŞ Senatı qanun layihəsini iyulun 1-də, Nümayəndələr Palatası isə iyulun 3-də təsdiqləyib.

Oxşar xəbərlər

Trampın xərclərin azaldılması ilə bağlı qanun layihəsi Senatda prosedur səsverməsindən keçib
Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul edib
Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul etdi
ABŞ Konqresi Trampın xərclərin azaldılması qanun layihəsini dəstəkləyib
Respublikaçılar Konqresdə böyük vergi qanun layihəsini təqdim ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər