Azərbaycanda yeni bitki yağı emalı zavodları yaradılacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanda yeni bitki yağı emalı zavodları yaradılacaq


2026-2030-cu illərdə Azərbaycanda bitki yağlarının istehsalı klasterinin formalaşdırılmasının təşviqi nəzərdə tutulub.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Sənədə əsasən, bitki yağları istehsalının artırılması üçün bitkiçilik sahəsinin dəstəklənməsi, investisiyaların cəlb edilməsi üçün təşviq mexanizminin tətbiq edilməsi planlaşdırılır.

Eyni zamanda azı 2 bitki yağı emalı zavodunun yaradılması hədəflənir.

Oxşar xəbərlər

Yerli heyvan cinsləri və bitki növləri üzrə genetik material bankları yaradılacaq
Azərbaycanda pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyası tətbiq ediləcək
Bitkiçilik sahəsində zərərli orqanizmlərin aşkarlanması sistemi tətbiq olunacaq
Azərbaycanda aqrar sahədə xarici ali məktəblə birgə yeni universitet yaradılacaq
Azərbaycan baytarlıq preparatları istehsal edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər