Azərbaycan ilə Meksika arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Meksikanın aqrar, ərazi və şəhərsalma naziri Edna Elena Veqa Rangel ilə görüş keçirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə komitənin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə edilib, həmçinin şəhər transformasiyası, həyat keyfiyyətinin yüksəldilməsi və Böyük Qayıdış Proqramı çərçivəsində ərazilərin postmünaqişə bərpası sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb.
Eyni zamanda, Ümumdünya Şəhərsalma Forumunun təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə növbəti WUF14 sessiyasına ev sahibliyi edəcək Mexiko şəhərinə uğurlar arzulanıb.
🇦🇿🇲🇽 #WUF13 çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, #WUF13 üzrə milli koordinator Anar Quliyev (@_anar_guliyev) Meksikanın Aqrar, ərazi və şəhərsalma naziri Edna Elena Vega Rangel (@EdnaElenaVegaR1) ilə görüş keçirib.
— AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (@arxkom_gov_az) May 20, 2026
Görüş zamanı əməkdaşlıq… pic.twitter.com/Yq4GClT7Jf
Oxşar xəbərlər
Anar Quliyev: "Şəhərlər qlobal emissiyaların təxminən 70 %-ini təşkil edir"
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının milli koordinatoru təyin edilib
Anar Quliyev BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində bir sıra görüşlər keçirib
WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
