Azərbaycan Prezidenti Şahbaz Şərifə başsağlığı məktubu ünvanlayıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti Şahbaz Şərifə başsağlığı məktubu ünvanlayıb


Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə başsağlığı məktubu göndərib.

APA xəbər verir ki, başsağlığında deyilir:

Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

Ölkənizin cənub-qərbində sərnişin qatarını hədəf alan xain terror aktı nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizə aparılmasını labüd hesab edirik.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verib
Azərbaycan Prezidenti Məsud Pezeşkiana başsağlığı verib
Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər