Respublikaçılar Konqresdə böyük vergi qanun layihəsini təqdim ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
01:00

Respublikaçılar Konqresdə böyük vergi qanun layihəsini təqdim ediblər

13 may, 2025
01:00
592

Respublikaçılar Konqresdə böyük vergi qanun layihəsini təqdim ediblər

Respublikaçı konqresmenlər onların nəzarətində olan Konqresin Nümayəndələr Palatasına böyük vergi qanun layihəsi təqdim ediblər.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, müvafiq 389 səhifəlik sənəd qanunverici orqanın aşağı palatasının gəlir və xərclər komitəsinin saytında dərc edilib.

Sənəd vergi güzəştinin maksimum məbləğinin 10 min dollardan 30 min dollara qədər artırılmasını nəzərdə tutur. Bundan başqa, qanun layihəsində ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası zamanı verdiyi sözlər, o cümlədən bəxşiş və əlavə iş saatları üçün vergilərdən imtina ilə bağlı vədlər yer alıb.

Sənədin müəllifləri həmçinin bəzi istisnalar olmaqla, 2028-ci ilə qədər avtomobil kreditləri üzrə faiz ödənişlərinin vergidən azad edilməsini təklif edirlər. Təşəbbüs 2017-ci ildə qəbul edilmiş gəlir vergisi dərəcələrinin azaldılmasını təsbit edir. Eyni zamanda, dövlət başçısının vəd etdiyi bəzi yeni güzəştlərin maliyyələşdirilməsi üçün bir neçə vergi artırılır.

Nümayəndələr Palatasında Respublikaçı Partiya fraksiyasının liderləri təşəbbüsü mayın 26-dək təsdiqləməyi ümid edirlər. Bundan sonra, gözlənildiyi kimi, sənəd respublikaçıların da çoxluq təşkil etdiyi Konqresin Senatında qəbul ediləcək.

Sənəd iyulun əvvəlinə qədər Trampın masasına çatacaq.

Bizimlə əlaqə saxlayın