ABŞ Ədliyyə Nazirliyi Raul Kastroya qarşı ittihamları təsdiqləyib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

ABŞ Ədliyyə Nazirliyi Raul Kastroya qarşı ittihamları təsdiqləyib - YENİLƏNİB


ABŞ Ədliyyə Nazirliyi Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi, 94 yaşlı Raul Kastro, eləcə də daha beş nəfər barəsində 1996-cı ildə iki Amerika təyyarəsinin qəzaya uğraması zamanı ABŞ vətəndaşlarının öldürülməsi və qətlə yetirmək məqsədilə sui-qəsd təşkil edilməsi ilə bağlı ittihamlar irəli sürüb.

"Report" "The New York Times" (NYT) nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokuroru əvəzi Todd Blanş və Florida ştatının Cənub dairəsi üzrə prokuroru Ceyson Redinq Kinyones mətbuat konfransında bildiriblər.

Qeyd olunur ki, ittiham aktı Mayamidəki Federal Dairə Məhkəməsi tərəfindən çıxarılıb. Kastro və aralarında Kuba pilotları da olan daha beş nəfər dörd amerikalının qətlində ittiham olunur. 1996-cı ildə Kuba hərbçiləri ölkədən dəniz yolu ilə qaçan ada sakinlərini axtarmaq üçün aviasiyadan istifadə edən kubalı miqrant qrupu olan "Köməyə gələn qardaşlar" təşkilatının iki təyyarəsini vurub.

O vaxt Kubaya rəhbərlik edən Fidel Kastro, təşkilatın əvvəllər Havana üzərinə hökumət əleyhinə vərəqələr atdığını bildirərək təyyarələrin məhv edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Raul Kastro isə həmin vaxt müdafiə naziri vəzifəsini tuturdu.

Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Qusman NYT-yə bildirib ki, irəli sürülən ittihamlar ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kubaya qarşı hərbi əməliyyatlar üçün bəhanə yaratmaq cəhdidir.

ABŞ Kubanın sabiq lideri Raul Kastroya qarşı ittihamlar irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Ağ Evin yüksəkrütbəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, 94 yaşlı R. Kastroya qarşı ittihamların 1996-cı ildə Kuba qırıcılarının humanitar təşkilata məxsus təyyarələri vurma insidentinə əsaslanacağı ehtimal olunur.

Daha əvvəl "The New York Times" nəşri xəbər verib ki, ABŞ-də Kastronun Venesuela ssenarisi üzrə ələ keçirilməsini mümkün hesab ediblər.

Oxşar xəbərlər

ABŞ Kubanın sabiq lideri Raul Kastroya qarşı ittihamlar irəli sürüb
ABŞ Kubanın sabiq prezidenti Raul Kastroya qarşı ittiham irəli sürüb
KİV: ABŞ Raul Kastronun saxlanılması əməliyyatını nəzərdən keçirir
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
CNN: ABŞ Kuba sahillərində kəşfiyyat uçuşlarını artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər