Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
Bakı-Tbilisi qatarı ilə səfər edəcək sərnişinlər minik zamanı biletlə yanaşı, bir sıra sənədləri də təqdim etməlidirlər.
Sizinxeber.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, sərnişinlərdən pasportun əsli tələb olunur və "Mygov" platformasından əldə edilmiş rəqəmsal versiya keçərli hesab edilmir.
Həmçinin Gürcüstan tərəfinin tələblərinə uyğun səyahət sığortasının olması vacibdir.
Qeyd olunub ki, 5 yaşadək uşaqlarla səfər zamanı onların adına rəsmiləşdirilmiş pulsuz bilet təqdim edilməlidir. Bir valideynlə səyahət edən uşaqlar üçün digər valideynin, valideynsiz başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.
ADY sərnişinlərə qatara rahat və sürətli keçid üçün qeyd olunan sənədləri özləri ilə götürməyi tövsiyə edib.
Məlumatda o da vurğulanıb ki, bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərini həyata keçirəcək.
Oxşar xəbərlər
Bakı-Tbilisi-Bakı qatarı 5 yaşa qədər uşaqlar üçün pulsuz olacaq
Bakı-Tbilisi qatarında çəkisi 23 kq olan baqajı pulsuz aparmaq mümkün olacaq
Bakı–Tbilisi–Bakı qatarında fiziki məhdudiyyətli sərnişinlər maneəsiz səyahət edəcək
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Bakıdan Tbilisiyə qatarlar hər gün saat 23:10-da yola düşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
