Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul edib
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın vergi və xərclər haqqında qanun layihəsini qəbul edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Qanun layihəsi 218 lehinə, 214 əleyhinə səslə qəbul edilib.
"Sənəd Trampın imzasını gözləyir", - telekanal bildirib.
Qeyd olunur ki, Nümayəndələr Palatasında iki respublikaçı - Kentukkidən Tomas Massi və Pensilvaniyadan Brayan Fitzpatrik qanun layihəsinin əleyhinə səs verib.
Trampın sənədi iyulun 4-də - Müstəqillik Günündə imzalayacağı gözlənilir.
Nümayəndələr Palatasında demokrat Hakim Ceffriz (Nyu-York) qanun layihəsinə qarşı 8 saat 44 dəqiqə danışıb.
Trampın “vahid, böyük, gözəl qanun layihəsi” adlandırdığı qanun layihəsi bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin ciddi azaldılmasını nəzərdə tutur.
Oxşar xəbərlər
Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul etdi
ABŞ-də bu həftə İsrailə yardım haqqında qanun layihəsinə baxılacaq
ABŞ Konqresi Trampın xərclərin azaldılması qanun layihəsini dəstəkləyib
Trampın xərclərin azaldılması ilə bağlı qanun layihəsi Senatda prosedur səsverməsindən keçib
Respublikaçılar Konqresdə böyük vergi qanun layihəsini təqdim ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













