Türkiyədən Azərbaycana 1,5 milyon manatlıq siqaretin qanunsuz gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsi tərəfindən keçirilmiş kompleks gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində xüsusilə külli miqdarda tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb.
"Sizinxeber.az" komitəyə istinadən xəbər verir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxta sənədlərdən aldatma yolu ilə istifadə edilərək Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsindəki "gübrə" yükünün arxasında aşkarlanmanı çətinləşdirən üsulla yerləşdirilmiş 1 milyon 500 min manat dəyərində, 1000 karton qutuda 10 milyon ədəd "Boston" markalı müvafiq nişanlanması olmayan siqaretin qaçaqmalçılığı faktı aşkarlanıb və onun törədilməsində şübhəli bilinən şəxslər saxlanılıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsində CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət işi başlanıb, cinayətlərin törədilməsində iştirakı müəyyən edilmiş şəxslərdən 3 nəfəri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətlərin törədilməsində iştirakı olan bütün şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana 500 min manatlıq siqaretin qanunsuz gətirilməsinin qarşısı alınıb
Türkiyədən gələn yük maşınında 1,5 mln. manatlıq siqaret aşkarlanıb, 3 nəfər tutulub - FOTO
Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib
Qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirləndirilən vəzifəli şəxslər həbs edilib
Azərbaycanda 25 kq-dan çox gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
İran ABŞ-nin təklifinə cavab verdi
