Trampın xərclərin azaldılması ilə bağlı qanun layihəsi Senatda prosedur səsverməsindən keçib
sizinxeber.az xəbər saytı

Trampın xərclərin azaldılması ilə bağlı qanun layihəsi Senatda prosedur səsverməsindən keçib


ABŞ prezidenti Donald Tramp administrasiyasının təşəbbüsü ilə hazırlanmış dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsi Konqresin Senatında prosessual səsvermədən keçib.

“Report” xəbər verir ki, sənədi 51 qanunverici dəstəkləyib, 49-u əleyhinə səs verib.

Yekun səsvermənin yaxın günlərdə keçiriləcəyi gözlənilir.

Hazırda Konqresin hər iki palatasına nəzarət edən Respublikaçılar daha əvvəl bəyan ediblər ki, onlar iyulun 4-dən gec olmayaraq qanun layihəsinin təsdiqinə nail olacaqlar.

Trampın vahid, iri, gözəl qanun layihəsi adlandırdığı sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.

Eyni zamanda, müdafiə xərclərinin artırılması, xüsusən də “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılması, sərhəd nəzarətinin gücləndirilməsi, həmçinin bu sahədə xərclərin artırılması sənəddə qeyd olunub.

Oxşar xəbərlər

ABŞ Konqresi Trampın xərclərin azaldılması qanun layihəsini dəstəkləyib
Respublikaçılar Konqresdə böyük vergi qanun layihəsini təqdim ediblər
Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq
Mask Trampın dəstəklədiyi qanun layihəsini tənqid edib
Reuters: Konqresdəki respublikaçılar Qrenlandiyanı almaq üçün qanun layihəsi hazırlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər