Azərbaycanda cins heyvanların saxlanıldığı təsərrüfatların kreditlərinin faizləri subsidiyalaşdırılacaq
Azərbaycanda cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların götürdüyü kreditlərin faizləri subsidiyalaşdırılacaq.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyinə müasir texnologiyaların tətbiq edildiyi, yem bazasına malik olan və cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların və tədarükçülərin rezident banklar və bank olmayan kredit təşkilatlarından 2027-ci ildən başlayaraq 5 il müddətində manatla aldıqları kreditlərə hesablanmış faizlərin, həmçinin icra edilmiş investisiya layihələrinin dəyərinin "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına subsidiyalaşdırılması üçün tədbirlər görməsi tapşırılıb.
Oxşar xəbərlər
Azərbaycanda cins heyvanların saxlanıldığı təsərrüfatların kreditlərin faizləri subsidiyalaşdırılacaq
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Məcnun Məmmədov: "Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur"
Azərbaycanda COP29-un təşkili ilə əlaqədar sahibkarlara verilmiş kreditlər üzrə faizlər subsidiyalaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
