Azərbaycanda pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyası tətbiq ediləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyası tətbiq ediləcək


2026-2030-cu illərdə Azərbaycanda pambıq emalı sənayesi inkişaf etdiriləcək.

"APA-Economics" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Sənədə, əsasən iplik və parça istehsalının təşviq edilməsi üçün güzəştli kreditlərin ayrılması, ipək və xalçaçılıq üzrə emal sahələrinin institusional təkmilləşdirilməsi, pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyasının tətbiq edilməsi nəzərdə tutulub.

Eyni zamanda azı 2 yeni iplik və ya parça emalı müəssisəsinin dəstəklənməsi, pambıq mahlıcının iplik istehsalına yönəldilən hissəsinin, eləcə də ipliyin parça istehsalına yönəldilən hissəsinin artırılması planlaşdırılır.

Oxşar xəbərlər

Azərbaycan baytarlıq preparatları istehsal edəcək
Azərbaycanda aqrar informasiya məsləhət sistemi yaradılacaq
Azərbaycanda heyvandarlıq sahəsi üzrə normativ hüquqi aktlar yenilənəcək
Bitkiçilik sahəsində zərərli orqanizmlərin aşkarlanması sistemi tətbiq olunacaq
Azərbaycanda pambıq mahlıcı istehsalı 16 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər