"Mançester Yunayted" yayda Carrod Bouen və Mateuş Fernandeşi transfer etməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

"Mançester Yunayted" yayda Carrod Bouen və Mateuş Fernandeşi transfer etməyi planlaşdırır


İngiltərənin "Mançester Yunayted" klubu yayda Premyer Liqanın digər təmsilçisi "Vest Hem"in vingeri Carrod Bouen və yarımmüdafiəçisi Mateuş Fernandeşi heyətinə qatmağı planlaşdırır.

"Report" "Football Insider"ə istinadən xəbər verir ki, London təmsilçisi İngiltərə Premyer Liqasını tərk edəcəyi təqdirdə, "qırmızı şeytanlar" bu oyunçuların keçidini rəsmiləşdirə bilərlər.

Bouen əsas transfer hədəfi olmasa da, Mançester klubu Fernandeşi heyətinə qatmaqda daha istəklidir. London klubu portuqaliyalı futbolçu üçün təxminən 50 milyon funt-sterlinq (58 milyon avro) tələb edə bilər.

Qeyd edək ki, C.Bouen 2020-ci ildən, M.Fernandeş isə 2025-ci ildən "Vest Hem"in formasını geyinir.

Oxşar xəbərlər

"Arsenal" Mateuş Fernandeşi heyətinə qatmağı planlaşdırır
"Mançester Yunayted"in futbolçusu digər Premyer Liqa klubuna transfer olunacaq
Fernandeşin dublu "Mançester Yunayted"ə "Vest Hem" üzərində qələbə qazandırıb
"Mançester Yunayted" Premyer Liqadan düşəcəyi təqdirdə sponsorluq müqaviləsini itirə bilər
"Mançester Siti" yayda portuqaliyalı qapıçını transfer edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər