Mixeil Kavelaşvili Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, əziz həmkarım.
Sizi və dost Azərbaycan xalqını ölkənizin Müstəqilliyi Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Ölkələrimiz arasında hazırkı strateji tərəfdaşlıq bizim tarixi əlaqələrimizin məntiqi davamıdır. Sizin Gürcüstana olduqca səmərəli dövlət səfəriniz iki ölkə arasında münasibətlərin inkişafına təkan verərək əlaqələri yeni səviyyəyə yüksəltdi. İnanıram ki, Gürcüstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri və möhkəm strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq, birgə icra etdiyimiz strateji layihələr xalqlarımızın rifahını yüksəltməklə yanaşı, həm ölkələrimizdə, həm də regionda sülhü, əmin-amanlığı və sabitliyi daha da möhkəmləndirəcək.
Bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram".
Oxşar xəbərlər
Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik edib
Dövlət başçısı İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib
Mixeil Kavelaşvili: Azərbaycan-Gürcüstan dostluğunu və güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk
Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
