Mahir Emreli: "Özümü təsdiqləmədən Vətənə qayıtmaq istəmirəm" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
may
2026
18:30
ff aaaaaaa

Mahir Emreli: "Özümü təsdiqləmədən Vətənə qayıtmaq istəmirəm"

25 may, 2026
18:30
949

Mahir Emreli: "Özümü təsdiqləmədən Vətənə qayıtmaq istəmirəm"

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Mahir Emrelinin hələlik Azərbaycana qayıtmaq fikri yoxdur.

28 yaşlı hücumçu bu barədə "Sizinxeber.az"a müsahibəsində bildirib.

Forvard legioner həyatının davam etməsini istəyib:

"Azərbaycandan mənə heç təklif də yoxdur. Xaricdə qalmaq və burada davam etmək xeyirlidirsə, qalacağıq. İlk düşüncə legioner həyatını davam etdirməkdir. Heç özüm də belə qayıtmaq istəmirəm. Ötən mövsüm "Nürnberq"dən ayrılanda Vətənə dönsəydim, qəlbim daha da sakit olardı. Özünü təsdiqləyib qayıtmaq başqadır. İndi eşitmək istəmirəm ki, desinlər Mahirdə alınmadı, qayıtdı".

Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul