Kobaxidze Sahibə Qafarova ilə regional məsələləri müzakirə edib
sizinxeber.az xəbər saytı

Kobaxidze Sahibə Qafarova ilə regional məsələləri müzakirə edib


Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Baş nazirin mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, birgə regional layihələr, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə hər iki ölkənin Baş nazirlərinin həmsədrliyi ilə cari ilin yanvarında keçirilmiş Gürcüstan və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının səmərəliliyi qeyd olunub və əməkdaşlığın dərinləşməsində yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər Orta Dəhlizin səmərəli fəaliyyətinin təşviqini də müzakirə ediblər.

Görüş zamanı Cənubi Qafqaz regionunda sülhün və sabitliyin vacibliyi vurğulanıb.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan gələcəkdə də regionda sülhün və rifahın təmin edilməsinə töhfə verməyə hazırdır.

Oxşar xəbərlər

Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb, memorandum imzalanıb
Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib
Kobaxidze: Gürcüstanla-Azərbaycan strateji tərəfdaşlığı regional sabitliyin təmin edilməsində həlledici rol oynayır
Kobaxidze Paşinyanla sülh prosesinin gedişini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle