Kobaxidze Paşinyanla sülh prosesinin gedişini müzakirə edib
İrəvanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki,məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.
Bildirilib ki, təkbətək görüş zamanı iki ölklə arasında strateji tərəfdaşlıq münasibətləri, həmçinin hökumətlərarası iqtisadi komissiyanın iclasında müzakirə ediləcək məsələlərə nəzər salıblar. Qeyd olunub ki, tərəflər regiondakı mövcud vəziyyətə və sülh prosesinin gedişinə diqqət yetiriblər. İrakli Kobaxidze Gürcüstan hökumətinin dialoqu təşviq etməyə və regionda sabitliyin və sülhün təmin edilməsinə töhfə verməyə hazır olduğunu təsdiqləyib və bunun ölkələrin inkişafı gələcək üçün zəruri olduğunu qeyd edib.
Oxşar xəbərlər
Kobaxidze Ermənistana səfər edib
Kobaxidze Azərbaycana gəlir
Paşinyanın Kobaxidze ilə müzakirə etdiyi məsələlər açıqlanıb
Gürcüstan Baş naziri: Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayırıq
Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşüb, regionda sülh prosesini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













