Kobaxidze: Gürcüstanla-Azərbaycan strateji tərəfdaşlığı regional sabitliyin təmin edilməsində həlledici rol oynayır
Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq regional sabitliyin və kommunikasiyaların təmin edilməsində həlledici rol oynayır.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Bakıda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze həmkarı Əli Əsədovla görüşdən sonra "X" platformasında paylaşımında qeyd edib.
O, Baş nazir Əli Əsədovla görşün məhsuldar keçdiyini vurğulayıb.
“Gürcüstan və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə 10-cu Hökumətlərarası Komissiya çərçivəsində Azərbaycanın Baş Naziri cənab Əli Əsədov ilə məhsuldar danışıqlar apardım. Biz qarşılıqlı maraq doğuran sahələrdə Gürcüstan-Azərbaycan Gürcüstan-Azərbaycan ikitərəfli əməkdaşlığının daha da dərinləşdirilməsi perspektivlərini müzakirə etdik. Biz ticari-iqtisadi, eləcə də enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladıq. Bizim strateji tərəfdaşlığımız regional sabitlik və tərəfdaşlarımız üçün təhlükəsiz əlaqənin təmin edilməsi baxımından mühüm rol oynayır”, - Kobaxidze qeyd edib.
Oxşar xəbərlər
Gürcüstan Baş naziri: Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayırıq
Kobaxidze Azərbaycana gəlir
Kobaxidze: Gürcüstan Azərbaycanın etibarlı tərəfdaşı olaraq regionda sülhün təşviq edilməsinə sadiqdir
Kobaxidze: Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşlarından biridir
Ramil Usubov Gürcüstanın müdafiə naziri ilə strateji əməkdaşlıq əlaqələrini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













