SOCAR-ın vitse-prezidenti Azərbaycanın aşağı karbonlu enerji perspektivlərini açıqlayıb
sizinxeber.az xəbər saytı

SOCAR-ın vitse-prezidenti Azərbaycanın aşağı karbonlu enerji perspektivlərini açıqlayıb


Ortamüddətli perspektivdə Azərbaycan öz enerji portfelini aşağı karbonlu molekullarla - "yaşıl hidrogen" və "yaşıl ammonyak"la tamamlamağı nəzərdə tutur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil olunmuş Azərbaycanın investisiya perspektivləri üzrə forumda çıxışı zamanı bildirib.

"Hələ ki, biz [burada iştirak edən bəzi həmkarlarımıza məlum olduğu kimi] nəzərdə tutulan pilot layihələrin texniki-iqtisadi əsaslandırmalarında müsbət nəticələr əldə edə bilməmişik. Çünki onların iqtisadi məqsədəuyğunluğunu təmin etmək üçün əhəmiyyətli miqyas effekti tələb olunur. Ancaq biz bu istiqamətdə işləri davam etdiririk", - SOCAR-ın vitse-prezidenti vurğulayıb.

Ə.İsayev həmçinin xatırladıb ki, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansındakı payı Azərbaycanın strategiyasına uyğun olaraq 30 % təşkil etməlidir:

"Hazırda qeydə aldığımız bütün irəliləyişlərə və layihələrin icra statusu haqqında bütün aktual məlumatlara əsaslanaraq, belə bir təəssürat yaranır ki, biz faktiki olaraq bu hədəf göstəricisini üstələyəcəyik. Söhbət artıq 34 %-dən, ehtimal ki, 38 %-ə qədər olan diapazondan gedir. Azərbaycan etibarlı neft və qaz ixracatçısı rolundan imtina etmək niyyətində deyil. Biz sadəcə mövcud əsasın üzərində yeni elementlər qururuq. Bizim üçün bu, ideoloji transformasiya deyil. Bu bir iqtisadi imkandır. Məsələ burasındadır ki, biz bərpa olunan enerji üzrə nə qədər çox güc və obyektləri istismara versək, eləcə də inşa etsək, bir o qədər çox təbii qazı sərbəstləşdirə bilərik. Eyni zamanda, onu həm regional, həm də Avropa bazarlarına bir o qədər çox yönəldə bilərik. Bundan əlavə, biz sizin tərəfinizdən əlavə maliyyə dəstəyinə ümid edirik".

Oxşar xəbərlər

SOCAR Azərbaycanın geotermal resurslarının mənimsənilməsi üzrə planlarını açıqlayıb
SOCAR 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq üçün atılacaq addımları açıqlayıb
SOCAR ədalətli enerji keçidi prosesində əlçatan enerjinin təmin edilməsinin vacibliyini vurğulayır
Kənan Nəcəfov: “SOCAR Yaşıl İnkişaf Portalı konsepsiyasına dəstək verir”
Aysel Yaqubova: "Regional əməkdaşlıq Azərbaycanın enerji keçidinin əsas amilidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər