

Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Tbilisidə gürcü həmkarı Şalva Papuaşvili ilə görüşüb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb. Bildirilib ki, görüşdə Gürcüstan və Azərbaycan arasında tarixi dostluq və çoxşaxəli səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanıb.
Şalva Papuaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan tərəfinə təşəkkür edib və Gürcüstanın da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.
Görüşdə iki ölkə arasında yüksək səviyyəli səfərlərin intensivliyi müzakirə olunub. Şalva Papuaşvili qeyd edib ki, Gürcüstanın yeni seçilmiş parlamentinə ilk rəsmi səfərin Azərbaycan Milli Məclisinin sədri tərəfindən həyata keçirilməsi rəmzi və sevindirici haldır.
Görüşdə iki ölkənin qanunvericilik orqanları arasında, həm sədrlər, həm də komitə sədrləri arasında əlaqələr müsbət qiymətləndirilib. Görüş zamanı Gürcüstan və Azərbaycan parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb. Sənədin əməkdaşlığın gələcək inkişafı üçün əhəmiyyəti qeyd edilib.
Parlament sədrləri həmçinin Cənubi Qafqaz regionundakı mövcud vəziyyəti müzakirə edib və mehriban qonşuluq münasibətlərinin, sülhün və təhlükəsizliyin vacibliyini vurğulayıblar. Tərəflər strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi üzərində işləməyə hazır olduqları qeyd ediblər.
Sahibə Qafarova Şalva Papuaşvilini Azərbaycana dəvət edib.
Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak ediblər.
Oxşar xəbərlər
Papuaşvili: AŞPA öz fundamental dəyərlərinə qayıtmalıdır
Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədrinə başsağlığı ünvanlayıb
Milli Məclisin sədri Gürcüstana səfər edəcək
Gürcüstanda FARA qanunu müzakirəyə çıxarılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
