Fransada parlamentin hökumətə etimadsızlığından sonra Makronun istefası tələb olunur
Fransada solçu “Fəth edilməyən Fransa” partiyasının lideri Matilde Pano parlamentin hökumətə etimadsızlığından sonra Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb edib.
Sizinxeber.az xəbər verir ki, Matilde Panonun açıqlamasını BFMTV yayıb.
“Bu xaosu Makron yaratdı. O, fransızların yoxsullaşmasına, təhsilin və səhiyyənin məhvinə görə məsuliyyət daşıyır. Bu gün etimadsızlıq səsverməsi Makronun siyasətinin məğlubiyyətidir. Başqa həll yolu qalmayıb: Makronun getməsini tələb edirik. Fransızların 60 faizindən çoxu belə düşünür”, - deyə Pano bildirib.
Fransanın sağçı “Milli Birlik” partiyasının rəhbəri Marin Le Pen də TF1 televiziya kanalının efirində Fransa Prezidenti Emmanuel Makrondan istefasını tələb edib.
“O, məsuliyyət daşıyacaq və ağlının, vicdanının ona dediyini edəcək. Lakin heç bir şübhə yoxdur ki, mövcud vəziyyətə görə əsas məsuliyyət onun üzərinə düşür”, - deyə Marin Le Pen Mişel Barnier hökumətinin istefasından sonra bildirib.
Qeyd edək ki, dekabrın 4-də Fransa parlamentinin Aşağı Palatası Mişel Barnier hökumətinə etimadsızlığın lehinə səs verib. Hökumət 1962-ci ildən bəri ilk dəfə istefaya getməli olacaq. Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib.
Bundan əvvəl Mişel Barnier hökumətinin istefa verəcəyi təqdirdə Makronun 24 saat ərzində yeni baş nazir təyin edəcəyi bildirilirdi.
Yaranmış vəziyyətlə əlaqədar E. Makronun dekabrın 5-də xalqa müraciət edəcəyi barədə məlumat yayılıb.
Oxşar xəbərlər
Partiya lideri: Parisdə Makronun istefası tələbi ilə nümayiş keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada Makronun istefası üçün petisiyaya 300 mindən çox insan imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa parlamenti Makronun impiçmenti ilə bağlı qətnaməyə baxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa parlamentində müxalifət baş nazirə etimadsızlıq votumu irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parisdə mitinq iştirakçıları Makronun istefasını tələb ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












