Partiya lideri: Parisdə Makronun istefası tələbi ilə nümayiş keçiriləcək
Fransa Prezidenti Emmanuel Makronun istefası tələbi ilə dekabrın 7-də Parisdə nümayiş keçiriləcək.
“Sizinxeber.az” Fransa KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo hökumətə qarşı etimadsızlıq səsverməsi təhlükəsi fonunda sosial şəbəkələrdə bildirib.
"Dekabrın 7-də saat 14:00-da Parisdə "Makron istefa!" nümayişi keçiriləcək. Hər kəs gəlməlidir!", - o qeyd edib.
F.Filippo həmçinin Fransa liderinin həyat yoldaşı Bricit Makronun "fransızlar ona layiq deyil" sözlərini ələ salıb və prezident cütlüyünü "çamadanlarını yığmağa" çağırıb.
Daha əvvəl prezidentin reytinqinin rekord səviyyədə aşağıda düşdüyü və fransızların yalnız 17 %-nin onu dəstəklədiyi qeyd olunub.
Oxşar xəbərlər
Solçu deputatlar parlamentə Makronun istefası təklifini göndərəcək
Parisin mərkəzində minlərlə insan Makronun istefası tələbi ilə etiraz aksiyası keçirib
Parisdə yeni hökumətə və Makronun siyasətinə qarşı aksiya keçirilir
Fransada Makronun istefası üçün petisiyaya 300 mindən çox insan imza atıb
KİV: Makronun reytinqi antirekordu yeniləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













