Sosial şəbəkələrlə bağlı tənzimləmələr uşaqları rəqəmsal təhlükələrdən qorumağa yönəlib - RƏY
sizinxeber.az xəbər saytı

Sosial şəbəkələrlə bağlı tənzimləmələr uşaqları rəqəmsal təhlükələrdən qorumağa yönəlib - RƏY


Azərbaycanda sosial şəbəkələrlə bağlı tənzimləmələr uşaqları rəqəmsal təhlükələrdən qorumağa yönəlib.

Bunu "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, uşaqların zərərli informasiyalardan qorunması, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi bu gün əsas prioritetdir:

"Çünki bu gün sosial platformalarla bağlı müxtəlif risklər mövcuddur. Kiberzorakılıq, zərərli məzmun, şəxsi məlumatların təhlükəsizliyi, psixoloji asılılıq və digər problemlər uşaqların inkişafına mənfi təsir göstərir.

Təklif olunan tənzimləmələrin əsas müsbət nəticələrindən biri uşaqların yaş xüsusiyyətlərinə uyğun olmayan məzmunlardan daha etibarlı şəkildə qorunmasıdır. Eyni zamanda, sosial şəbəkələrdən istifadənin müəyyən yaş həddinə bağlanması uşaqların təhsil, fiziki fəaliyyət və ailə münasibətlərinə daha çox vaxt ayırmasına şərait yarada bilər.

Bu dəyişikliklər valideyn məsuliyyətini də artırmağı nəzərdə tutur. Xüsusilə 16-18 yaşlı yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi üçün valideyn razılığının tələb olunması ailələrin övladlarının rəqəmsal davranışlarına daha yaxından nəzarət etməsinə imkan verəcək. Beləliklə, uşaqlarla valideynlər arasında rəqəmsal təhlükəsizlik mövzusunda dialoq və maarifləndirmə güclənəcək".

Deputat vurğulayıb ki, artıq sosial platformalar qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə, yaş məhdudiyyətlərinə və təhlükəsizlik standartlarına daha ciddi yanaşmağa məcbur olacaqlar:

"Bu isə ümumilikdə daha sağlam və təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verəcək.

Uşaqların sağlamlığı, psixoloji rifahı və gələcəyi hər zaman prioritet olmalıdır və bu istiqamətdə atılan addımlar cəmiyyətin gələcəyinə yatırılan mühüm investisiyadır.

Söhbət uşaqların texnologiyadan uzaqlaşdırılmasından deyil, onların təhlükəsiz və nəzarətli şəkildə rəqəmsal dünyaya inteqrasiyasından gedir. İnternet müasir təhsil və inkişaf vasitəsidir. Lakin hər bir inkişaf aləti kimi, onun da düzgün istifadə qaydalarına ehtiyacı var.

Yeni tənzimləmələr uşaqların internetin üstünlüklərindən yararlanmasına mane olmur, əksinə, onları mümkün təhlükələrdən qorumaq məqsədi daşıyır. Azərbaycanda bu istiqamətdə hüquqi baza artıq formalaşıb. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm hüquqi çərçivə yaradıb. Sosial şəbəkələrdən istifadəyə dair yeni tələblər isə bu siyasətin müasir çağırışlara uyğun şəkildə genişləndirilməsidir".

Oxşar xəbərlər

Elmin Məmmədov: Bəzi platformalar istifadəçi məxfiliyini təmin etmir
Gəray Gəraybəyli: Sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına ciddi təsir göstərir
Rəqəmsal mühitdə uşaqların qorunması dövlət, ailə və cəmiyyətin ortaq məsuliyyətidir - RƏY
Aynur Sofiyeva: Uşaqların sosial şəbəkədəki təhlükələrdən qorunması üçün təcili tədbirlərə ehtiyac var
Norveçdə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışı məhdudlaşdırıla bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər