Almaniya səfiri: Ən mühüm regional inkişaf Azərbaycanla Ermənistan arasında sülh prosesidir
Səfir kimi, mənim üçün ən mühüm regional inkişaf Ermənistanla sülh prosesi idi.
Sizinxeber.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann səlahiyyət müddətinin başa çatması ilə əlaqədar təşkil edilən mətbuat konfransında deyib.
“Səfir kimi mənim böyük prioritetlərim arasında Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləmək olub”,- Horlemann bildirib.
O, Azərbaycanın beynəlxalq çoxtərəfliliyə sədaqətini vurğulayaraq, ölkəmizin COP29 və WUF13 kimi tədbirlərə uğurla ev sahibliyi etdiyini qeyd edib.
“Azərbaycan üçün geniş nəticələr doğuran digər mühüm hadisə son 12 ay ərzində İranda baş vermiş iki müharibə oldu. Müəyyən mərhələdə Azərbaycan da bu münaqişənin bir hissəsinə və hədəfinə çevrildi. Hava limanına pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirildi. Diqqət yetirdiyim başqa bir məqam Azərbaycanın Mərkəzi Asiyaya və türk dünyasına daha güclü istiqamətlənməsi oldu. Bu, Türk Dövlətləri Təşkilatının inkişafında və təşkilat daxilində əməkdaşlığın dərinləşməsində öz əksini tapır” səfir qeyd edib.
Ralf Horlemann Azərbaycan-Almaniya əlaqələrinin dost mühitində müxtəlif sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Səfir Horlemann: Almaniya COP29-un uğurla keçirilməsində maraqlıdır
Ralf Horlemann: Bakı və İrəvan arasında sülh prosesi regiondakı ən mühüm hadisədir
Səfir: Almaniya ilə Azərbaycan arasında ticarət balansı bərabərdir
Səfir: Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib
Türkiyənin Azərbaycandakı səfiri Elçin Əmirbəyovla regional və beynəlxalq məsələləri müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
2026 Dünya Kuboku ABŞ iqtisadiyyatına 17 milyard dollar gəlir gətirə bilər
-
Qalibaf İsrailin Livana hücumları fonunda ABŞ-ni tənqid edib
