Kobaxidze: Gürcüstana qarşı sanksiyalar səmərəsizdir
Gürcüstana qarşı sanksiyalar səmərəsizdir, ona görə də düşünürəm ki, gələcəkdə daha praqmatik qərarlar veriləcək.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, sanksiya tətbiq edilən iki yüksək vəzifəli polis zabitinin 2008-ci ildə Rusiyaya qarşı müharibədə iştirak etdiyini qeyd edib.
“Sanksiyalar səmərəsizdir, 2008-ci il müharibəsində iştirak edən iki yüksək vəzifəli polis zabiti də sanksiyalara məruz qalıb. Bu cür qərar verənlər belə səhvlərə yol verməməlidirlər. Hamı görür ki, sanksiyalar səmərəsizdir, ona görə də düşünürəm ki, gələcəkdə daha praqmatik qərarlar veriləcək”, - deyə Kobaxidze bildirib.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
Kobaxidze Aİ-yə üzvlüklə bağlı danışıqların başlanma vaxtının Gürcüstan üçün vacib olmadığını deyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
