Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
ABŞ Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq edərək kritik həddə daha da yaxınlaşıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin bu ölkədəki səfiri Robin Danniqanla görüşü zamanı belə deyib.
Hökumət başçısı, ABŞ tərəfindən daha bir oxşar qərarın qəbul edilməsinin Gürcüstanın ABŞ ilə münasibətlərini nəzərdən keçirməsi ilə nəticələnə biləcəyini vurğulayıb.
“Bu qərarla Amerika tərəfi kritik həddə daha da yaxınlaşıb və bu cür başqa bir qərar qəbul edilərsə Gürcüstan-ABŞ əlaqələrinə dair Gürcüstanın mövqeyi bir daha nəzərdən keçirilə bilər”, - Kobaxidze deyib.
İrakli Kobaxidze səfirin diqqətinə çatdırıb ki, ABŞ Dövlət Departamentinin qəbul etdiyi qərarın məqsədi qarşıdan gələn seçkilərdə müxalifətin imkanlarını yaxşılaşdırmaqdır, lakin bu tamamilə qeyri-məhsuldardır: “Reallıqda bu sanksiyalar nə müxalifətin seçki nəticələrinə təsir edə, nə də hakim partiyanı qorxuda biləcək”, - Baş nazir deyib.
Görüşə dair məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.
Oxşar xəbərlər
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
Kobaxidze Aİ-yə üzvlüklə bağlı danışıqların başlanma vaxtının Gürcüstan üçün vacib olmadığını deyib
Kobaxidze Latviya Prezidentinin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib
Paşinyanın Kobaxidze ilə müzakirə etdiyi məsələlər açıqlanıb
Gürcüstan Baş naziri: Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tiktoker “Roşka” yenidən həbs edildi
-
İsrafil Məmmədov: “Yaşıl enerji" və rəqəmsal infrastruktura investisiyalar planlaşdırılır” - MÜSAHİBƏ
-
“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb
-
HP: Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasında nöqsanlar aşkarlanıb
-
ARDNF-in icraçı direktoru: "Rusiyanın "VTB Bank"ı 2021-ci ildən dividend ödəmir"
-
Hesablama Palatası: Dövlәt Ehtiyatları Agentliyi vergidәn yayınıb