Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi hesabatı qəbul edib
sizinxeber.az xəbər saytı

Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi hesabatı qəbul edib


Avropa Parlamentində Gürcüstanla bağlı tənqidi hesabat qəbul edilib.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, Gürcüstan üzrə məruzəçi Rasa Yuknyaviçenenin hazırladığı sənədi 436 deputat dəstəkləyib, 145-i əleyhinə səs verib.

Hesabatda bildirilib ki, Avropa Parlamenti Avropa və demokratik Gürcüstan uğrunda mübarizəsini davam etdirən gürcü xalqı ilə tam həmrəyliyini ifadə edir.

Sənəddə qeyd edilib ki, hakim "Gürcü Arzusu" partiyası Gürcüstanın avrointeqrasiya kursunu nəinki dayandırıb, hətta faktiki olaraq dəyişdirib. Partiyanın fəxri sədri Bidzina İvanişvili, bir sıra vəzifəli şəxslərə, hakim və prokurorlara qarşı fərdi sanksiyaların tətbiqinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, hesabat mayın 5-də Avropa Parlamentinin Xarici əlaqələr komitəsində 53 səslə dəstəklənib. Gürcüstanın Xarici İşlər Nazirliyi sənəddə faktların qəsdən təhrif edildiyini və absurd ittihamların yer aldığını bildirib.

Oxşar xəbərlər

Avropa Parlamentinin komitəsi Gürcüstanla bağlı hesabatı düzəlişlərlə qəbul edib
Avropa Parlamentinin qətnaməsində Bidzina İvanişviliyə sanksiyaların tətbiq olunmasına çağırış edilib
Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib - YENİLƏNİB
Avropa Parlamenti Zurabişvilini Gürcüstan prezidenti kimi tanıyan qətnamə qəbul edib
XİN başçısı: Gürcüstan Aİ ilə danışıqlara hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər