Avropa Parlamenti Zurabişvilini Gürcüstan prezidenti kimi tanıyan qətnamə qəbul edib
sizinxeber.az xəbər saytı

Avropa Parlamenti Zurabişvilini Gürcüstan prezidenti kimi tanıyan qətnamə qəbul edib


Avropa Parlamenti Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıyan qətnamə qəbul edib.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, “Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsi” adlı qətnaməni 400 deputat dəstəkləyib, 63-ü əleyhinə səs verib, 81 deputat isə bitərəf qalıb.


Qətnamənin müəllifi Avropa Parlamentindəki 5 siyasi qrupdan - Avropa Xalq Partiyası, Sosial Demokratlar, Mühafizəkarlar və İslahatçılar, Yeniləşmə və Yaşıllar partiyasından olan 57 deputatdır.


Qətnamədə Avropa Parlamentinin Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının nümayəndəsi kimi tanımağa davam etdiyi qeyd edilir və onun “Gürcüstanın dinc yolla demokratiya və Avropa yoluna istiqamətləndirilməsi səyləri” təqdir edilir. Sənəddə həmçinin Avopra İttifaqı Şurasının Prezidentinə Zurabişvilinin şuranın qarşıdan gələn iclasına, həmçinin Avropa Siyasi İcmasının növbəti sammitinə Gürcüstanı təmsil etməsi üçün dəvət göndərməsi çağırışı edilir.


Qətnamə layihəsində Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi, Gürcüstan rəsmilərinə sanksiyaların tətbiq edilməsinə çağırışları da yer alıb.

Oxşar xəbərlər

Avropa Parlamenti Zurabişvilini Gürcüstanın prezidenti kimi tanıyan qətnaməni səsə qoyacaq
Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib - YENİLƏNİB
Avropa Parlamentinin qətnaməsində Bidzina İvanişviliyə sanksiyaların tətbiq olunmasına çağırış edilib
Avropa Parlamenti bu gün Gürcüstanla bağlı qətnamə qəbul edəcək
AP sədri Roberta Metzola Gürcüstan Prezidenti Salome Zurabişvili ilə telefonla danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle