Tramp: ABŞ-nin İranın bərpasını maliyyələşdirməsi barədə iddialar əsassızdır
ABŞ İranla əldə olunmuş razılaşmalar çərçivəsində İrana investisiyalar yatırmayacaq.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada G7 sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşü zamanı bildirib.
Tramp ABŞ-nin İranla münaqişənin nizamlanmasına dair saziş çərçivəsində ölkənin bərpasını maliyyələşdirə biləcəyi barədə KİV-də yayılan məlumatları "absurd" adlandırıb.
"Biz heç bir pul yatırmırıq, bizim İrana hər hansı bir pul yatırmaq öhdəliyimiz yoxdur", - Donald Tramp deyib.
O vurğulayıb ki, ABŞ-nin bu cür addımlara hüququ ola bilər, lakin ölkə vəsait yatırmağı planlaşdırmır.
"Əgər istəsək, buna hüququmuz var, lakin biz heç bir pul yatırmırıq", - o əlavə edib.
Daha əvvəl KİV xəbər vermişdi ki, ABŞ və İranın cümə günü Cenevrədə imzalamağı planlaşdırdıqları memorandumda Birləşmiş Ştatlar tərəfindən İranın bərpasına 300 milyard dollarlıq töhfəni nəzərdə tutan bənd mövcuddur.
Oxşar xəbərlər
Tramp: İranla danışıqların növbəti mərhələsi daha asan olacaq
Tramp: Rusiya Ukrayna ilə saziş əldə etməlidir
Tramp ABŞ-nin İrana planlaşdırılan ödənişləri ilə bağlı xəbərləri yalan adlandırıb
Tramp İranı 10 mlrd dollarlıq elektrik stansiyasına zərbə ilə hədələyib
Tramp: İsrail ABŞ-ni İranla müharibəyə sövq etməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
