Ukrayna iyulun sonuna kimi ilk uzaqmənzilli silah sistemlərini ala bilər
Ukrayna Almaniya ilə birgə layihə çərçivəsində iyulun sonuna kimi ilk uzaqmənzilli silah sistemlərini ala bilər.
Apa.az xəbər verir ki, bunu Almaniyanın Müdafiə Nazirliyinin Ukraynaya yardım üzrə işçi qrupunun rəhbəri Kristian Freydinq deyib.
"Ukrayna Silahlı Qüvvələri bu ay ilk sistemləri alacaq. Bunun ardınca hava hücumundan müdafiə imkanlarını artıracaq üçrəqəmli sistemlərin tədarükü baş tutacaq", - o bildirib.
O, həmçinin iyulun 12-də Ukraynanın müdafiə müəssisələri ilə Ukrayna Müdafiə Nazirliyi arasında Almaniya tərəfindən maliyyələşdirilən sazişin imzalandığını qeyd edib.
İyulun 1-də Almaniya hökuməti Ukrayna üçün 1200 kilometrə qədər mənzilli 500-dən çox dron istehsalının maliyyələşdirilməsinə dair saziş imzalayıb.
Oxşar xəbərlər
Almaniya Ukraynaya silah tədarükünün tarixlərini açıqlayıb
Almaniya Ukraynaya 5 milyard avroluq yeni hərbi yardım verməyə razılaşıb
Almaniya MN: Ukrayna bizim verdiyimiz silahlardan öz məqsədinə uyğun istifadə edə bilər
Zelenski: Ukrayna bu ay bir neçə HHM sistemi alacaq
KİV: ABŞ-ın vasitəçilikdən çəkilməsi Ukraynaya silah axınının dayanmasına səbəb ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













