Almaniya Ukraynaya silah tədarükünün tarixlərini açıqlayıb
Ukrayna Silahlı Qüvvələri iyulun sonuna kimi Almaniya ilə birgə layihə çərçivəsində ilk uzaqmənzilli sistemləri ala bilər.
“Sizinxeber.az” ZDF telekanalına istinadən xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq deyib.
Kiyevdə olan hərbçi vurğulayıb ki, Almaniya tərəfindən maliyyələşdirilən müqavilənin imzalanma mərasimi bir gün əvvəl baş tutub.
"Biz bu təşəbbüsü mayın sonunda başladıq və bu təşəbbüs nəticəsində Ukrayna Silahlı Qüvvələri bu ayın sonunda artıq ilk uzaqmənzilli silah sistemlərini alacaq", - Freydinq bildirib.
Eyni zamanda o qeyd edib ki, Kiyevə Rusiya ərazisində anbarlara, komanda məntəqələrinə, aerodromlara, təyyarələrə hücum edə bilən silah sistemlərinə ehtiyac var. Onun sözlərinə görə, Almaniya Ukraynanı belə silah sistemləri ilə təmin etməyə hazırdır.
Oxşar xəbərlər
Almaniya Ukraynaya ağır hərbi texnika verəcək
Almaniya Bundesver anbarlarından Ukraynaya silah tədarükünün limitinə çatıb
Almaniya Ukraynaya əlavə 400 milyon avro ayırıb
Almaniya Ukraynanın müdafiə potensialının gücləndirilməsinə 5 milyard avro ayıracaq
Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













