Tramp Mayk Uoltsu ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə təyin etmək niyyətindədir
ABŞ Prezidenti Donald Tramp Mayk Uoltsun Birləşmiş Millətlər Təşkilatındakı növbəti daimi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında bildirib.
"Mayk Uoltsu BMT-də ABŞ-ın növbəti səfiri vəzifəsinə namizədliyini irəli sürmək qərarımı elan etməkdən məmnunam. İstər döyüş meydanında hərbi formada, istər Konqresdə, istərsə də mənim milli təhlükəsizlik üzrə müşavirim kimi fəaliyyətində Mayk daim ölkəmizin maraqlarını hər şeydən üstün tutub. Əminəm ki, o, bu yanaşmanı yeni vəzifəsində də davam etdirəcək", – deyə Tramp bəyan edib.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin vəzifələrini dövlət katibi Marko Rubio icra edəcək. O, eyni zamanda Dövlət Departamentinə rəhbərlik etməyi də davam etdirəcək.
"Biz birlikdə Amerikada və dünyada təhlükəsizliyin yenidən bərqərar olunması üçün yorulmadan çalışacağıq", – deyə Tramp vurğulayıb.
Oxşar xəbərlər
Tramp Uoltsun ABŞ-nin BMT-dəki səfiri vəzifəsinə namizədliyini irəli sürüb
Tramp Eliz Stefanikin ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizədliyini geri götürüb
Tramp konqresmen Maykl Uoltsu milli təhlükəsizlik müşaviri postuna seçib
Donald Tramp FTB rəhbəri vəzifəsinə Kəş Patelin namizədliyini irəli sürüb
Tramp Rusiya-Amerika fondunun sabiq rəhbərini Estoniyadakı səfir vəzifəsinə irəli sürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













