Tramp Rusiya-Amerika fondunun sabiq rəhbərini Estoniyadakı səfir vəzifəsinə irəli sürüb
sizinxeber.az xəbər saytı

Tramp Rusiya-Amerika fondunun sabiq rəhbərini Estoniyadakı səfir vəzifəsinə irəli sürüb


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Estoniyadakı səfiri vəzifəsinə əvvəllər Rusiya-Amerika Sahibkarlıq Fonduna rəhbərlik etmiş Roman Pipkonun namizədliyini irəli sürüb.

APA xəbər verir ki, bu haqda Tramp özünün “Truth” hesabında yazıb.

Mən Roman Pipkonun ABŞ-nin Estoniyadakı yeni səfiri vəzifəsinə namizədliyini irəli sürdüyümü elan etməkdən məmnunam ki, Roman Estoniyada doğulub böyüyüb və xarici hökumətlərlə iş sahəsində mühüm təcrübəyə malikdir”, - deyə o bildirib.

Əvvəllər Pipko ABŞ-ın maraqlarını Avropa Yenidənqurma və İnkişaf Bankında təmsil edib, həmçinin 1995-ci ildə Rusiya İri Müəssisələrinə Dəstək Fondu ilə Rusiyadakı Amerika İnvestisiya Fonduna birləşdirilən Rusiya-Amerika Sahibkarlıq Fonduna rəhbərlik edib. Fond 2008-ci ildə ləğv edilib.

Qeyd edək ki, Roman Monqolustan, Afrika, Rusiya, Qərbi Avropa və vətəni Estoniyadakı layihələrlə bağlı danışıqlarda ABŞ şirkətlərini təmsil edib.

Oxşar xəbərlər

Donald Tramp FTB rəhbəri vəzifəsinə Kəş Patelin namizədliyini irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp biznesmen Stivensi ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp müdafiə nazirinin müavini vəzifəsinə milyarderin namizədliyini irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp baş prokuror vəzifəsinə Pamela Bondinin namizədliyini irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp ABŞ müdafiə nazirinin müavini vəzifəsinə milyarder Feynberqin namizədliyini irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər