10
in
2026
10:00
yuxarı
Beynəlxalq Valyuta Fondu Ermənistana 25 milyon dollardan çox vəsaitin verilməsini təsdiqləyib
Beynəlxalq Valyuta Fondu Ermənistana 25 milyon dollardan çox vəsaitin verilməsini təsdiqləyib
Beynəlxalq Valyuta Fondu (IMF) Ermənistana 25,1 milyon dollara yaxın vəsaitin ayrılmasını təsdiqləyib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə IMF-in rəsmi saytındakı məlumatda bildirilib.
"IMF-in İcraiyyə Şurası Ermənistanla ehtiyat sazişi (SBA) çərçivəsində 2025-ci il üzrə birinci icmalı başa çatdıraraq, ölkəyə 18,4 milyon SDR-ə (təxminən 25,1 milyon) bərabər əlavə çıxış imkanı təqdim edib", - məlumatda bildirilib.
Bu proqram üzrə vəsaitin ümumi həcmi təxminən 50,2 milyon dollar təşkil edəcək.
Fonddan qeyd edilib ki, Ermənistan hökuməti sazişi preventiv olaraq nəzərdən keçirir və kəskin zərurət yaranmadıqca bu vəsaitdən istifadə etməyi planlaşdırmır.
