Şimali Koreya nüvə silahından imtina etməyəcək
Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahından imtina etməsi mövzusu gündəlikdən tamamilə və həmişəlik çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsinin Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAK) tərəfindən dərc olunmuş bəyanatında deyilir.
"ABŞ və onun müttəfiqlərinin boş anti-Koreya ritorikası, eləcə də razılaşdırılmış təhdidləri bizim nüvə dövləti kimi dəyişməz statusumuza təsir edə bilməz, denuklearizasiya məsələsi yenidən baxılma imkanı olmadan, birdəfəlik bağlanıb", - sənəddə qeyd olunur.
XİN-dən xüsusilə qeyd ediblər ki, ölkənin nüvə silahı sahibi kimi mövqeyi dönməzdir. "Vaşinqton, Tokio və Seul hansı səyləri göstərsə də, KXDR-nin hazırkı mövqeyini dəyişdirə bilməyəcək", - bəyanatda bildirib.
Bundan əlavə, XİN Pxenyanın respublika rəhbərliyi tərəfindən xarici təhdidlərə hazır olmaq və regionda sabitliyi qorumaq üçün qanuni mexanizm kimi baxılan nüvə müdafiə potensialını gələcəkdə də artırmaq niyyətinə diqqət çəkib. "Qeyri-dost dövlətlər tərəfindən nüvə silahının tətbiqi ilə bağlı davamlı təhdidlər fonunda mövcud qüvvə və resursların bütün arsenalından istifadə etməklə hərbi-texniki əks-tədbirlər üzərində iş aparılır", - XİN nümayəndəsi yekunlaşdırıb.
Oxşar xəbərlər
Şimali Koreya lideri ölkəsinin nüvə statusundan heç vaxt imtina etməyəcəyini bildirib
Rəsmi Pxenyan: Ölkənin nüvəsizləşdirilməsi məsələsi artıq bağlanıb
Seul Pxenyanı nüvə silahından istifadə ediləcəyi təqdirdə “rejimin sonu” ilə hədələyir
Şimali Koreya nüvə silahı ilə bağlı heç bir öhdəliyinin olmadığını bəyan edib
Şimali Koreya KİV: Pxenyanın nüvə silahı alqı-satqı predmeti deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
-
Azərbaycan bankı BOKT-a çevrildi
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
