SEPAH Trampın sülh sazişi barədə açıqlamasına münasibət bildirib
sizinxeber.az xəbər saytı

SEPAH Trampın sülh sazişi barədə açıqlamasına münasibət bildirib


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranla müqaviləni bazar günü imzalamaqda qeyri-adi israrını tənqid edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında qeyd olunub.

SEPAH bildirib ki, Trampın israrı suallar doğurur, çünki iranlı danışıqçılar əvvəllər memorandumun tamamlanmadığını və yaxın günlərdə onu imzalamaq planlarının olmadığını bildiriblər.

Korpus Trampın tələsməsini onun ad günü olan 14 iyunda İranla müqavilənin imzalanma mərasimini planlaşdırması ilə izah edib.

"Bəzi müşahidəçilər onun inadkarlığının səbəbinin hadisədən simvolik şəkildə istifadə etmək və onu şəxsi PR hərəkətinə çevirmək istəyi ola biləcəyinə inanırlar", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Donald Tramp İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacağını bəyan edib.

Oxşar xəbərlər

SEPAH Hörmüz boğazı ilə bağlı ABŞ-yə xəbərdarlıq edib
SEPAH: İran ABŞ-nin hücumuna hazırdır
İranda SEPAH-ın xüsusi əməliyyatları zamanı 240-a yaxın şəxs saxlanılıb
Bəhreyndə SEPAH ilə əlaqədə şübhəli bilinən 41 nəfər saxlanılıb
SEPAH İordaniyada ABŞ qırıcılarını məhv etdiyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər