İran-ABŞ memorandum layihəsinin yeni detalları məlum olub
sizinxeber.az xəbər saytı

İran-ABŞ memorandum layihəsinin yeni detalları məlum olub


14 maddəlik İran-ABŞ memorandum layihəsinin yeni detalları məlum olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə layihənin təfərrüatları aşağıdakılardır:

1- Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların daimi və dərhal dayandırılması.

2- ABŞ-ın İranın daxili işlərinə qarışmamaq və İran İslam Respublikasının suverenliyinə hörmət etmək öhdəliyi.

3- Dəniz blokadasının 30 gün ərzində tamamilə ləğvi.

4- ABŞ-ın İran ətrafından qüvvələrini çıxarmaq öhdəliyi.

5- Razılaşma ilə 30 gün ərzində Hörmüz boğazının yenidən açılması.

6- Neft, neft-kimya məhsulları və törəmələrinin satışına sanksiyaların dayandırılması və İranın maliyyə resurslarına tam çıxışı.

7- ABŞ və müttəfiqlərinin İran üçün ən azı 300 milyard dollar dəyərində yenidənqurma planları təqdim etməsinin zəruriliyi.

8- Nüvə məsələləri, ABŞ-ın ilkin və ikinci dərəcəli sanksiyalarının, həmçinin BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin qətnamələrinin tam ləğvinə əsaslanan yekun razılaşmaya nail olmaq üçün 60 günlük danışıqların başlanması.

9- İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində nüvə silahı istehsal etməmək öhdəliyini bir daha təsdiqləməsi.

10- Danışıqlar zamanı ABŞ regionda qüvvələrini artırmamaq öhdəliyini götürüb və yeni sanksiyalar tətbiq etməyəcək.

11- Yekun danışıqların 60 günlük müddəti ərzində bloklanmış İran aktivlərinin 24 milyard dollarının azad edilməsi. Bu məbləğin yarısı danışıqlar başlamazdan əvvəl İrana təqdim edilməlidir.

12- Razılaşmanın həyata keçirilməsi üçün monitorinq mexanizminin yaradılması.

13- Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənəcək.

14- Yekun danışıqlar İranın dondurulmuş aktivlərinin yarısının azad edilməsindən, İranın neft sanksiyalarının dayandırılmasından və dəniz blokadasının ləğvindən əvvəl başlamayacaq. Yekun razılaşma yalnız zənginləşdirilmiş materialların və zənginləşdirmənin taleyi, sanksiyaların ləğvi və İranın iqtisadi yenidənqurma proqramı ilə bağlı olacaq. İranın raket proqramı və müqavimət qruplarına dəstək ilə bağlı müzakirələr qəti şəkildə gündəmdən çıxarılıb.

Oxşar xəbərlər

İranın ABŞ-la 14 maddəlik razılaşmasının detalları bilinib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq
“Tasnim”: ABŞ və İran arasında mümkün razılaşma 14 bənddən ibarət olacaq
Mehr: Tehran Vaşinqtondan 300 milyard dollarlıq bərpa planı istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər